XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan yığması çövkən üzrə dünya çempionatının qalibi oldu
İdman 11:43 / 09.11.2023

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı başa çatıb.

Yarışın son günündə çövkən üzrə dünya çempionatının üçüncülük uğrunda və final oyunları keçirilib.

Günün ilk, çempionatın yeddinci matçı Özbəkistan və Polşa, final oyunu isə Azərbaycan və Mərakeş komandaları arasında olub.

Özbəkistana 5 cavabsız qolla qalib gələn Polşa yığması bürünc medallara sahib çıxıb. Qarşılaşmada Marek Setkieviç (3), Marta Şostak (1) və Marianna Olbrix (1) fərqlənməyi bacarıblar.

Finalda Mərakeşi 4:0 hesabı ilə üstələyən Azərbaycan millisi isə dünya çempionu olub. Rəqib komandanın qapısından qolları Tərlan Qurbanaliyev (2), Şamil Budaqov (1) və Şahmar Nağızadə keçiriblər.

Mundialın bombardiri altı qolla Tərlan Qurbanaliyev olub.

Sonda dörd, beşinci və altıncı yerin sahiblərinə çempionatda iştirak etdiklərinə görə təşəkkürnamə, ilk üç yeri tutanlara isə müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, həmçinin fəxri diplom, dünya çempionu olan Azərbaycan yığmasına kubok təqdim edilib.


25810 oxunub

InvestAZ