XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Zəfər Gününə həsr olunan tədbir keçirilib
İdman 14:55 / 08.11.2023

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib. Akademiyanın rəhbərliyinin, elmi-pedaqoji heyətin, tələbələrin və Vətən müharibəsi qazilərinin iştirakı ilə baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra akademiyanın 44 günlük Vətən müharibəsi dövründəki və müharibənin nəticələrinin aradan qaldırılmasındakı fəaliyyətini əks etdirən film nümayiş olunub.

Tədbirdə çıxış edən ADBTİA-nın rektoru Fuad Hacıyev artıq keçmişdə qalan Qarabağ münaqişəsinin yaranması tarixinə ekskurs edərək, bugünkü qələbənin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində əldə olunduğunu diqqətə çatdırıb. Vətən müharibəsi qaziləri də 8 noyabr - Zəfər Günü ilə bağlı öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.


24688 oxunub

InvestAZ