XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AVF və CEV rəhbərliyi Fəxri xiyabanı ziyarət edib
İdman 19:40 / 06.11.2023

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev Fəxri xiyabanı ziyarət ediblər.

AVF-dən verilən məlumata görə, federasiya nümayəndələri və qonaqlar Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Qonaqlar Şəhidlər xiyabanını da ziyarət ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb. Sonra isə "Türk şəhidliyi” abidəsi ziyarət edilib.


30097 oxunub

InvestAZ