XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan çempionatı ilə bağlı mətbuat konfransı keçirilib
İdman 15:06 / 06.11.2023
Noyabrın 6-da Azərbaycan Voleybol Federasiyası (AVF) 2023/2024 illər mövsümündə ölkə çempionatının rəsmi açılış mərasimindən əvvəl jurnalistlər üçün mətbuat konfransı keçirib.
"Four Seasons Hotel Baku”da təşkil olunan mətbuat konfransında ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, CEV-in vitse-prezidenti Renato Arena, AVF-nin prezidenti Şahin Bağırov, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev və media nümayəndələri iştirak ediblər.
AVF-nin prezidenti Şahin Bağırov iştirakçıları salamlayaraq, Azərbaycan çempionatlarında növbəti mövsümün start götürəcəyini bildirib. Ş.Bağırov həmçinin CEV-in və digər federasiyaların rəhbərlikləri ilə iclas keçirildiyini, bir sıra vacib məsələlərin müzakirə olunduğunu qeyd edib.
Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç isə Azərbaycan voleybolunun inkişafı üçün güclərini əsirgəməyəcəklərini qeyd edib. O, konfransdan əvvəl təşkil olunan iclasın uğurlu alındığını bildirib: "Azərbaycan Milli Olimpiya Komitəsinə və ölkə rəhbərliyinə voleybolun inkişafına kömək göstərdikləri üçün minnətdaram. Uzun illərdən sonra bir araya gəlmişik və birlikdə işləyəcəyik. Böyük layihələrə imza ata bilərik. Azərbaycan və Türkiyə Voleybol Federasiyası arasında protokol imzalandı. Bu, voleybolun inkişafına təkan verəcək”.
Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ isə Azərbaycanın yaxın keçmişdə dünya voleyboluna töhfə verdiyini xatırladaraq deyib: "Azərbaycan bizim üçün qardaş ölkədir. Sizinlə eyni yolda olduğumuz üçün qürur duyuruq. Bu sahədə sizə yeni uğurlar arzulayıram".
Mətbuat konfransında çıxış edən Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qareyev isə məşqçi kimi fəaliyyət göstərdiyi illəri xatırlayıb. AVF rəsmisi Bakıda türk dövlətlərinin də yarışını təşkil etmək istədiklərini və həmin turnirin 2024-cü ildə keçirilə biləcəyini söyləyib.
Daha sonra media nümayəndələrinin sualları cavabdırılıb.

24962 oxunub

InvestAZ