XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



MOK-da sosial media platformasının inkişafı üzrə görüş olub
İdman 15:31 / 03.11.2023

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) sosial media xidmətinə dair yeni strategiyası və fəaliyyət planı barəsində görüş keçirilib.

MOK-un inzibati binasında keçirilən görüşdə qurumun beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov qeyd olunan mövzu haqqında məlumat verib. Daha sonra DMS Azerbaijan (Digital Marketing Solutions) şirkətinin icraçı direktoru Tahir Tahirli MOK-un gələcəkdə sosial media xidmətinin inkişafı, planları və strategiyaları barədə hazırladığı təqdimatla çıxış edib. Cari məsələlərin müzakirəsindən sonra iştirakçıların sualları cavablandırılıb.

Görüşdə MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, mətbuat katibi Murad Fərzəliyev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, maliyyə direktoru Svetlana Abdullayeva, ümumi şöbənin müdiri Cəmaləddin Rəhmanov, marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva və digər əməkdaşlar iştirak ediblər.

İki ilə yaxındır ki, fəaliyyət göstərən DMS Azerbaijan (Digital Marketing Solutions) şirkəti sosial media xidməti, veb səhifələrin yaradılması və idarə olunması sahəsində ixtisaslaşıb. DMS şirkəti bu müddət ərzində Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq çərçivəsində Krakov 2023 Avropa Oyunları və Maribor 2022 AGOF kimi bir çox idman tədbirlərinin sosial media işlərini təşkil edib.


23796 oxunub

InvestAZ