XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisi keçirilir
İdman 19:55 / 26.10.2023
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) kitabxanası ADA Universitetində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq kitab sərgisində öz stendi ilə iştirak edir.
Sərgidə iştirak edən ADBTİA-nın elmi innovasiyalar mərkəzinin direktor vəzifəsini icra edən professor Bəxtiyar Rüstəmov, tədris hissəsinin müdüri dosent Nazim Abbasov, "sosial elmlər” kafedrasının müdiri dosent Lalə Əhmədova, kitab fondu bölməsinin müdiri Pəri Umudova, elektron kitabxana bölməsinin müdiri Gülər Əhmədova, informasiya xidmətləri üzrə mütəxəssis Firuzə Qurbanova, akademiyanın professoru Dilqəm Quliyev və akademiyanın tələbələri iştirak ediblər.
Sərgi müddətində ADBTİA-nın professoru Dilqəm Quliyev sərgi müddətində MDB üzrə meneceri Aleksandr Ritov ilə görüşüb, ona "Təhsildən səngərə, səngərdən əbədiyyətə” adlı kitabını hədiyyə edib.
Ümummilli lider Heydər Əliyevin təhsil siyasətində ali məktəblərin fəaliyyətinin daha da yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycanın dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına həsr olunmuş sərgidə ADBTİA 120-yə yaxın kitabla təmsil olunur.
Tədbirin əsas məqsədi Azərbaycanın və dünyanın müxtəlif məkanlarından olan yazıçıları, nəşriyyatları, kitabxanaları və oxucuları bir araya gətirərək elmin, təhsilin, ədəbiyyatın təntənəsini qeyd etmək və fikir mübadiləsi aparmaqla ulu öndər Heydər Əliyev irsini dərin hörmətlə yad etməkdir.
Sərgi müddətində ADBTİA-nın əməkdaşları ADA Universitetinin kitabxanası ilə də yaxından tanış olublar.
25025 oxunub

InvestAZ