XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dünya çempionatına start verildi
İdman 11:31 / 23.10.2023

Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında dünya çempionatına start verilib. Oktyabrın 29-dək davam edəcək mundialda Azərbaycan komandası 25 güləşçi ilə təmsil olunur. İdmançılarımızdan 9-u sərbəst, 10-u yunan-Roma, 6-sı isə qadın güləşçilərinin yarışında qüvvəsini sınayır.

Yarışın ilk günlərində baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizəyə başlayıblar.

Növbəti yarış günlərində isə böyük məşqçi Toğrul Əsgərov və məşqçi Solmaz Adilovanın başçılığı altında qadın güləşçiləri xalça üzərinə çıxacaqlar.

Dünya çempionatının son günlərində yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Onlara baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Elvin Mürsəliyev rəhbərlik edəcək.

Turnirdə I dərəcəli hakim İntiqam Alıyev ədaləti qoruyacaq.


22650 oxunub

InvestAZ