XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Budoçularımızın Van zəfəri
İdman 16:19 / 22.10.2023

Türkiyənin Van şəhərində Budo Döyüş Növləri üzrə açıq dünya çempionatı keçirilib. Yarışda Azərbaycanın 8 idmançısı qızıl medal qazanıb.

"Free Kontakt” qaydası üzrə Ramil Abdullayev (7-8 yaş, 25 kq), Vəli Vəliyev (15-16 yaş, 56 kq), Sayad İmamverdiev (17-18 yaş, 60 kq), Nurin Həsənov (17-18 yaş, 88 kq) və Elnur İbrahimov (+18 yaş, 62 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

"B-1 Full kontakt” növündə isə İqbal Alıyev (17-18 yaş, 58 kq), Məhəmmədəli Nuruşov (17-18 yaş, 62 kq) və Ruslan Tağıyev (+18 yaş, 70 kq) bütün rəqiblərinə qalib gəliblər.

Komandamız bu nəticə ilə 32 ölkənin 1132 idmançısının qüvvəsini sınadığı açıq dünya çempionatında ikinci yeri tutub. İran komanda hesabında birinci, Türkiyə isə üçüncü olub. Qaliblər kəmər, medal və diplomlarla mükafatlandırılıblar.



21527 oxunub

InvestAZ