XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda “Qələbə qaçışı” keçiriləcək
İdman 19:20 / 22.10.2023

Noyabrın 12-də Gənclər və İdman Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunmuş "Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı təşkil edəcək. "Qürurla irəli” şüarı ilə keçiriləcək qaçışda toplanan vəsait "YAŞAT” Fonduna ianə ediləcək.

"Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, "Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 2 müxtəlif (5 km və 10 km) məsafəni əhatə edəcək və 10 km məsafədə finişə ilk çatan iştirakçılar qalib elan ediləcəklər.

Qaçış çərçivəsində maraqlı tədbirlər də təşkil olunacaq.

Xatırladaq ki, "Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.


28102 oxunub

InvestAZ