XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol Liqasında yeni mövsümə start verildi
İdman 23:03 / 22.10.2023

Oktyabrın 22-də "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 2023/24 mövsümünün açılış oyunu keçirilib. "Sərhədçi" və "Cəlilabad" klubları arasında keçirilən oyunu, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və onun müavini general-leytenant Abbas Xəlilov, federasiyanın rəyasət heyətinin üzvləri Vilayət Vəliyev və Bəxtiyar Aslanbəyli də izləyiblər. Oyun region təmsilçisi "Cəlilabad" klubunun 86-76 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: "Sərhədçi" (Conson Rid - 19 xal, 5 asist), "Cəlilabad" (Kobi Tomas - 19 xal, 4 ribaund)

Qeyd edək ki, ilk turun digər oyunları ("Neftçi" - "Xəzri", "Xırdalan" - "Şəki", "NTD-INDIGO" - "Sumqayıt", "Gəncə" - "Sabah") 27-29 oktyabr tarixləri aralığında keçiriləcək.


25216 oxunub

InvestAZ