XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ölkə çempionatı yeni formatda keçiriləcək
İdman 18:44 / 22.10.2023

Həndbol üzrə 30-cu Azərbaycan çempionatı yeni formatda keçiriləcək. Yubiley çempionatında yeddisi kişilərdən, altısı qadınlardan ibarət olmaqla 13 komanda mübarizə aparacaq.

Kişilərin 4 dövrədən ibarət 20 turluq yarışı iki mərhələdə baş tutacaq. İlkin mərhələni əhatə edəcək 14 turda komandalar iki dəfə bir-biri ilə qarşılaşacaqlar. İkinci mərhələdə isə ilk 4 yeri tutan komandalar və 5-7-ci pillələrdə qərarlaşan kollektivlər dairəvi sistemlə iki dəfə üz-üzə gələcəklər.

Qadın həndbolçular da 10 turdan ibarət ilkin mərhələdə və daha 6 turu əhatə edəcək ikinci mərhələdə eyni sistemlə mübarizə aparacaqlar.

Yarışın həlledici oyunlarında "ilk dördlük”də qərarlaşan komandalar və 4-6-cı yerlərin sahibləri məsələyə aydınlıq gətirəcəklər.

Azərbaycan çempionatına noyabrın 9-da qadınlardan ibarət "Azəryol” – "Gənclər Birliyi” görüşü ilə start veriləcək.

Kişilərin mübarizəsi isə noyabrın 11-də "İdman Akademiyası” – "Dinamo” matçı ilə başlanacaq.


23225 oxunub

InvestAZ