XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Federasiya prezidenti yeni təmir edilmiş cüdo zalına baxış keçirib
İdman 10:43 / 22.10.2023

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Zaqatalada Uşaq-Gənclər İdman Məktəbinin yeni təmir edilmiş cüdo zalına baxış keçirib. ACF-dən verilən məlumata görə, ona Zaqatalada 350 gənc və yeniyetmənin cüdo ilə məşğul olduğu barədə məlumat verilib. R.Nəbiyev cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin ACF-in fəaliyyətinin əsas məqsədlərindən biri olduğunu qeyd edib.

Görüşdə regionlarda cüdonun daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar verilib.



22196 oxunub

InvestAZ