XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdo yığmamız Riqada birinci yeri tutdu
İdman 01:38 / 23.10.2023

Oktyabrın 21-22-də Latviyanın paytaxtı Riqada yeniyetmə cüdoçular arasında Avropa Kuboku yarışı keçirilib. 21 ölkədən 309 (216 oğlan, 93 qız) idmançının iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvəsi sınayıb. Komandamız oğlanlar arasında 7 çəki dərəcəsində 16 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız yarışı 4 qızıl, 3 gümüş və 5 bürünc medalla başa vurublar. Komandamızın heyətində qızıl medalları Bahadir Feyzullayev (-50 kq), Mirxaliq İskəndərov (-60 kq), Umud Qurbanov (-66 kq), Subhan Axundov (+90 kq) qazanıb. Rüstəm Qasımzadə (-50 kq), Əli Qazıməmmədov (-81 kq) və Rəsul Səmədli (+90 kq) gümüş medala sahib çıxıb.

Bürünc medallara isə Nihad Məmişov (-55 kq), Səlim Sultanov (-66 kq), Səid Şərifov (-66 kq), Cəsur İbadlı (-73 kq) və Mehdi Abbasov (-81 kq) layiq görülüb.

Yarışı 12 medalla başa vuran komandamız medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutub.


22165 oxunub

InvestAZ