XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



 Cüdoçularımız “Böyük dəbilqə” turnirində yarışacaqlar 
İdman 14:32 / 23.10.2023

Sabah Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük dəbilqə” turnirinə start veriləcək. Üç gün davam edəcək turnirdə yığma komandamız doqquz çəki dərəsində 10 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq.

Qadınlar arasında Leyla Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), kişilərin mübarizəsində isə Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kiloqram), Kəramət Hüseynov, Ruslan Paşayev (hər ikisi 66 kiloqram), İbrahim Əliyev, Rəşid Məmmədəliyev (hər ikisi73 kiloqram), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kiloqram), Camal Qamzatxanov və Uşangi Kokauri (hər ikisi +100 kiloqram) tatamiyə çıxacaqlar.

Cüdoçular yığmanın böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcəklər.

Qeyd edək ki, "Böyük dəbilqə”də 82 ölkədən 472 cüdoçu medallar uğrunda mübarizə aparacaq.


24725 oxunub

InvestAZ