XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qızıl əlcək” turniri üç medalla yadda qaldı
İdman 08:24 / 23.10.2023

Serbiyanın Çaçak şəhərində keçirilən boks üzrə "Qızıl əlcək” beynəlxalq turniri başa çatıb. 15 ölkənin mübarizə apardığı turnirdə azərbaycanlı boksçular da qüvvələrini sınayıblar. Komandamız yarışda 1 gümüş və 2 bürünc medal qazanıb. Təmsilçilərimizdən gümüş medala Ümid Rüstəmov (60 kq) sahib çıxıb. O, finalda rusiyalı Nemət Səfərova məğlub olub.

Komandamızın digər üzvlərindən Ruslan Rüstəmov (63,5 kq) və Kamran Şahsuvarlı (75 kq) isə "Qızıl əlcək” turnirinin bürünc medallarına yiyələniblər.

Yarışın ən yaxşı hakimi adına isə ədalət təmsilçimiz Anar Nağdıyev layiq görülüb. Beynəlxalq dərəcəli referimiz "Qızıl əlcəy”in təşkilatçıları tərəfindən xüsusi kubokla mükafatlandırılıb.



24735 oxunub

InvestAZ