XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Hindistan olimpiadaya ev sahibliyi etmək istəyir
İdman 09:14 / 16.10.2023

Mumbayda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 141-ci sessiyası keçirilib. Açılış sessiyasında çıxış edən Hindistanın Baş naziri Narendra Modi ölkəsinin 2036-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etməkdə maraqlı olduğunu bildirib. O deyib: "Hindistan Olimpiya Oyunlarına ev sahibliyi etməkdə çox maraqlıdır və onun təşkili üçün bütün səylərini əsirgəməyəcək. Bu, 1,4 milyard insanın çoxdankı arzusudur. Bu arzu sizin dəstəyiniz və əməkdaşlığınızla həyata keçməlidir”.

Qeyd edək ki, 2036-cı il Olimpiya və Paralimpiya Oyunları Hindistanda keçiriləcək bu səviyyəli ilk yarış ola bilər.

Xatırladaq ki, daha əvvəl Meksika, Türkiyə, İndoneziya və Polşa da 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət edib.



20688 oxunub

InvestAZ