XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ənənəvi “Dostluq yarışı”ndan uğurlu nəticə
İdman 13:11 / 16.10.2023
Oktyabrın 13-14-də Çex Respublikasının Yablones nad Nisou şəhərində batut gimnastikası üzrə "Friendship-2023” beynəlxalq turniri keçirilib. Ənənəvi "Dostluq yarışı”nda ölkəmizi batut gimnastikası üzrə yığma komandamızın üzvləri Fərhad Mustafayev, Ayan Şabanova, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Mehdi Əliyev, Ömər Qasımlı, Samirə Hüseynova, Nicat Mirzəyev təmsil ediblər. Komandamızın üzvləri Fərhad Mustafayev və Ömər Qasımlı, eləcə də Əli Niftəliyev və Mehdi Əliyev cütlüyü sinxron proqramda qızıl medallara layiq görülüblər. Hüseyn Abbasov və Nicat Mirzəyev isə sinxron proqramda gümüş medal qazanıb. Təmsilçimiz Hüseyn Abbasov fərdi proqramda da eyni uğura imza ataraq ikinci olub.
23473 oxunub

InvestAZ