XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Daha üç boksçumuz Avropa Kubokuna uğurla start verdi
İdman 10:03 / 10.10.2023

Azərbaycanın 3 boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda 1/4 finala yüksəlib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə 29 ölkədən 156 idmançının iştirak etdiyi yarışın ikinci günündə Tayfur Əliyev, Sərxan Əliyev və Malik Həsənov 1/8 final səddini uğurla keçiblər.

T.Əliyev 60 kq çəkidə ilk döyüşündə italiyalı Cüzeppe Kanonikoya heç bir şans verməyib - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Avropa Oyunlarının mükafatçısı növbəti döyüşünü oktyabrın 12-də Rusiyanı təmsil edən Arşak Tovmasyana qarşı keçirəcək.

Tayfur Əliyevin qardaşı Sərxan Əliyev 71 kq çəkidə rinqə çıxıb. O, Toni Cası (İBAN) 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesabı ilə məğlub edib. S.Əliyev iki gün sonra 1/4 finalda israilli Miroslav Kapulerlə üz-üzə gələcək.

63,5 kq-da qüvvəsini sınayan Malik Həsənov isə polşalı Bartumey Roskoviçi mübarizədən kənarlaşdırıb. 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçu oktyabrın 11-də fransalı Lunes Hamrauini sınağa çəkəcək.

Qeyd edək ki, Avropa Kubokunun 3-cü günündə Azərbaycan millisinin daha 2 boksçusu mübarizəyə qoşulacaq. Nicat Hüseynov (54 kq) belaruslu Cianis Salotski ilə, Nəbi İsgəndərov (67 kq) isə ispaniyalı Adrian Krusla (İspaniya) görüşəcək.


23920 oxunub

InvestAZ