XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avarçəkənimiz dünya çempionatında gümüş medal qazandı
İdman 15:01 / 09.10.2023

Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko İtaliyanın Barletta şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında uğurlu nəticə göstərib. İdmançımız 4000 metr məsafəni 20:11.72 dəqiqəyə qət edərək təsnifat mərhələsində finişə birinci çatıb. Avarçəkənimiz təsnifat mərhələsində ikinci olan Finlandiya təmsilçisi Eva Karppineni 10 saniyə qabaqlayıb (20:21.43). Bu nəticə ilə Diana əsas final olan A finalına vəsiqə qazanıb.

Final yürüşündə idmançılar 6000 metr məsafəyə yarışıblar. Diana Dımçenko bu məsafəni 32:20.94 dəqiqəyə başa vurub. İdmançımız yekunda fransalı Cessika Berranı (32.33.92) 13 saniyə fərqlə geridə qoyaraq dünya çempionatının gümüş medalına sahib olub. Diana yalnız irlandiyalı Monika Dukarskadan geri qalıb (32:09.17).

Qeyd edək ki, Diana Dımçenko 2022-ci ildə Uelsdə təşkil olunan sahil avarçəkməsi üzrə dünya çempionatında da 2-ci yeri tutub.




22419 oxunub

InvestAZ