XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Həndbolçular üçün ustad dərsləri keçirilib
İdman 16:17 / 09.10.2023

Azərbaycan Həndbol Federasiyasının təşəbbüsü ilə "AHF Arena”da "İdman interaktivi. Həndbol” adlı layihə çərçivəsində ustad dərsləri keçirilib.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, Rusiya Federasiyasının idman ustası, 3 qat dünya çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı, Çempionlar Liqasının və Kuboklar kuboku turnirinin qalibi Emiliya Tureyin apardığı dərslərdə paytaxtda fəaliyyət göstərən idman məktəblərinin həndbolçuları iştirak ediblər. Təcrübəli mütəxəssis ən populyar idman növlərindən sayılan həndbolun sirrlərini, daha böyük maraq doğuran və həvəs oyadan məqamlarını uşaqlarla bölüşüb.



21779 oxunub

InvestAZ