XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Stolüstü tennisçilərin Azərbaycan çempionatı yekunlaşdı
İdman 15:35 / 09.10.2023

Stolüstü tennis üzrə böyüklər arasında Azərbaycan çempionatına yekun vurulub. "Şüa” İdman Kompleksində keçirilən yarışda iştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstəriblər. Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən qalib və mükafatçılar müəyyənləşib. Çempionatın komanda yarışlarında qadınlar arasında Sumqayıt-1 birinci yeri tutub.

Kişilərin yarışında isə Bakı-2 komandası birinci olub.

Qadınların şəxsi yarışlarında Ləman Abdulhəmidova, kişilərin mübarizəsində Hilal Həsənov birinci yerə sahib çıxıb.

Qadınların qoşa yarışlarında isə çempion adını Ləman Abdulhəmidova - Zemfira Mikayılova cütlüyü qazanıb. Kişilərin qoşa yarışında Hilal Həsənov - Onur Quluzadə cütlüyü qızıl medala layiq görülüb. Əliverdi Şahgəldiyev - Məryəm İmanova cütlüyü isə qarışıq qoşa yarışlarının qalib olub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda fəxri kürsüyə qalxan idmançılara diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.



22567 oxunub

InvestAZ