XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Mingəçevir Reqatası-2023” Avropa Kanoe Assosiasiyasının təqvim planında
İdman 13:21 / 07.10.2023

"Mingəçevir Reqatası-2023” Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib. Qurumun rəsmi saytında yarışla bağlı məlumat paylaşılıb. Yazıda turnirlə bağlı ümumi məlumatlar verilib: "Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə 25-27 oktyabr tarixlərində Azərbaycanda beynəlxalq "Mingəçevir Reqatası-2023” keçiriləcək. Yarışlar avarçəkmə və kanoe idman növlərini ölkədə inkişaf etdirmək üçün təşkil olunur. Məqsəd insanların sağlamlığını möhkəmləndirmək, avarçəkmə və kanoeni əhali arasında populyarlaşdırmaq, idmançıların ustalıq səviyyəsini yüksəltməyə çalışmaqdır. Bunu nəzərə alaraq, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası idmançıların və məşqçilərin yarış günlərində qonaqlama, yemək, akkreditasiya haqları və transfer xərclərini ödəyəcək. Səyahət xərcləri komandalar tərəfindən qarşılanır”.

Qeyd edək ki, ilk dəfə 2022-ci ildə keçirilən "Mingəçevir Reqatası-2022” və bu il təşkil olunan "Prezident Kuboku-2023” beynəlxalq reqataları da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi.


20470 oxunub

InvestAZ