XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AOK-un 52-ci Baş Assambleyasının iclası keçiriləcək
İdman 19:21 / 06.10.2023

Oktyabrın 6-7-də Türkiyənin İstanbul şəhərində Avropa Olimpiya Komitəsinin 52-ci Baş Assambleyasının iclası keçiriləcək. Türkiyə MOK-un prezidenti Uğur Erdener, AOK-un prezidenti Spiros Kapralos, BOK-un prezidenti Tomas Baxın iştirak edəcəyi iclasın ilk günündə "Paris–2024” Yay Olimpiya Oyunları, "Milano Kartina-2026” Qış Olimpiya Oyunları müzakirə olunacaq. Əlavə olaraq AOK-un Strategiya Gündəliyi 2030 iştirakçılara təqdim olunacaq. Həmçinin AOK Təşkilat Komitəsinin və BOK Təşkilat Komitəsinin hesabatları dinləniləcək.Daha sonra12-ci Pyotr Nurovski Ən yaxşı Avropalı Gənc Atlet mükafatınınvəAvropa Olimpiya Komitəsinin Olimpiya Çələngi Mükafatlandırılmamərasimi keçiriləcək.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, cənab Tomas Baxın açılış nitqiylə başlayacaq Assambleyanın ikinci günündə3-cü Avropa Oyunları Krakov& Malopolska 2023, məlumat və media, Avropa federasiyalarınınvəMOK-larınınTəcrübələri və Gələcək Tövsiyələri, qarşıdan gələn Paris-2024 Yay Olimpiya Oyunları, Olimpiya Qaçqınlar Fondu, Olimpiya və ParalimpiyaSponsorları, Tibb və Antidopinq kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaqdır.


Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev, Xarici Əlaqələr İdarəsinin müdiri Anar Bağırov daAOK-un 52–ci Baş Assambleyasının iclasında iştirak edəcəklər.

Baş Assambleyanın iştirakçılarına AOK prezidenti Spiros Kapralos, AOK Baş katibi Rafael Paqnozi tərəfindən hesabatlar da təqdim olunacaq. AOK-un 2022-ci il maliyyə hesabatı, 2024-cü ilin büdcəsi, xarici auditorların təyinatı və AOK komissiyalarının hesabatları da iclasın gündəliyinə salınıb.


21473 oxunub

InvestAZ