İdman 12:06 / 21.09.2023
Avstriyanın «Şturm» komandasının futbolçusu Xavyer Serrano UEFA Avropa Liqası çərçivəsində «Sportinq»lə matçı buraxmalı olacaq. Buna səbəb isə ispaniyalı futbolçunun məşq zamanı arı udması ilə əlaqədardır. 20 yaşlı futbolçu dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin olaraq buz verilib. Müayinədən sonra ciddi hal olmadığı üzə çıxıb. Serrano evə buraxılıb.