XƏBƏR LENTİ
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025



Karateçilərimiz Daşkənddə uğurla çıxış ediblər
İdman 17:10 / 18.09.2023

Özbəkistanın paytaxtı Daşkənddə karatenin şotakan növü üzrə dünya çempionatı keçirilib. 32 ölkədən 3125 idmançının iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Komandamızın heyətində medal qazanan idmançılar arasında şəhid Muxtar Qasımlı adına İdman Mərkəzinin karateçiləri də yer alıblar.

İdman mərkəzinin yetirmələrindən Vüsal Seyidov (-65 kq) 18-21 yaşlı gənclər, Babək Qələmzadə (-84 kq) isə kişilər arasında gümüş medala sahib çıxıb.

Rauf Bayramov (+70 kq) 14-15 yaşlı gənclər, Xasay Məhərrəmov (+76 kq) 16-17 yaşlı idmançılar, Siyavuş Bayramov isə veteranların yarışda üçüncü yeri tutub.

İdman mərkəzinin veteranlardan ibarət komandası isə bütün rəqiblərini üstələyərək birinci yerə layiq görülüb.


20841 oxunub

InvestAZ