XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Neftçi” 1/4 finalda məğlub olub
İdman 08:55 / 18.09.2023

Sentyabrın 16-17-də Monqolustanın paytaxtı Ulan-Batorda 8 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının final mərhələsi keçirilib. Təmsilçimiz "Neftçi” B qrupunda Çin, ABŞ milliləri və "Yuanda" (Çin) klubu ilə üz-üzə gəlib. Komandamız qrupun ilk görüşündə ABŞ millisinə 13:16, ikinci oyunda Çin millisinə 10:21 hesabı ilə məğlub olsa da, sonuncu qarşılaşmada "Yuanda" (Çin) klubuna 16:12 hesabı ilə qalib gələrək qrup üçüncüsü kimi "play-in" ə vəsiqə qazanıb. Bu mərhələdə "Neftçi" nin rəqibi Fransa millisi olub. "Ağ-qaralar” görüşdə Fransa millisinə 14:21 hesabı ilə uduzaraq mübarizəni dayandırıblar.


23099 oxunub

InvestAZ