XƏBƏR LENTİ
04 Oktyabr 2023
03 Oktyabr 2023
02 Oktyabr 2023
01 Oktyabr 2023
29 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
20 Sentyabr 2023



Premyer Liqanın ən dəyərli klubu hansıdır?
İdman 12:05 / 18.09.2023

"Neftçi” heyətindəki futbolçuların qiymətinə görə Azərbaycan Premyer Liqasının ən dəyərli komandasıdır. Paytaxt təmsilçisinin oyunçularının ümumi dəyəri 16 milyon 630 min avro təşkil edir.

İkinci pillədə "Qarabağ” yer alıb. Ağdam təmsilçisinin heyətinin dəyəri 13 milyon 700 min avrodur. İlk "üçlüy”ü dəyəri 13 milyon 380 min avro olan "Sabah” klubu tamamlayır.

"Zirə” (7 milyon 550 min avro) dördüncü, "Turan Tovuz” (6 milyon 650 min avro) beşinci, "Sumqayıt” (6 milyon 380 min avro) altıncı sırada qərarlaşıb.

Yeddinci pillədəki "Qəbələ”nin dəyəri 5 milyon 630 min avro, səkkizinci sıradakı "Səbail”in dəyəri 4 milyon 330 min avrodur.

Son iki pilləni isə bölgə təmsilçiləri – "Araz-Naxçıvan” (3 milyon 980 min avro) və "Kəpəz” (3 milyon 230 min avro) klubları tuturlar.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının ümumi dəyəri 80 milyon 600 min avro təşkil edir.


832 oxunub

InvestAZ