SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dakar-2026: Azərbaycanın daha dörd idman növü üzrə təmsilçiləri Seneqala çatıb

Dakar-2026: Azərbaycanın daha dörd idman növü üzrə təmsilçiləri Seneqala çatıb

İdman

Bugün, 11:57

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam edir.

Olimpiyadunyasi.com xəbər verir ki, Oyunlarda ölkəmizi təmsil edəcək boks, taekvondo, atletika və qılıncoynatma idman növləri üzrə idmançılarımız bu gün yarışların keçirildiyi Dakar şəhərinə çatıblar.

 Komandamızın heyətində taekvondoda Zəhra İsayeva (44 kq) və Adil Kazımlı (73 kq), boksda Gülər Hüseynova (51 kq), qılıncoynatmada Abbas Hüseynov, atletikada isə Daniil Şuvayev mübarizə aparacaqlar.

 Qeyd edək ki, noyabrın 13-dək davam edəcək Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan ümumilikdə 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur. Hazırda yığmamızın aktivində cüdoçu İbrahim Talıbovun (-55 kq) qazandığı 1 qızıl medal var.

Dİgər xəbərlər