XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vuruldu
İdman 00:30 / 15.09.2023
Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə Mingəçevirdə keçirilən Azərbaycan çempionatına yekun vurulub.

AKAF-dan"Olimpiya dünyası” qəzetinəverilən məlumata görə, "Kür” Olimpiya Tədris-İdman Mərkəzindəkeçirilənyarışın ikinci günündə idmançılar kayak və kanoe növlərində mübarizə aparıblar.

Qeyd edək ki, Azərbaycan çempionatında Bakıdan və Mingəçevirdən olan 100-ə yaxın idmançı çıxış edib.

İştirakçılar iki gün ərzində akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində yarışıblar.

Qaliblər medal və diplomla mükafatlandırılıblar. Fərqlənən idmançılar oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanıblar.


13865 oxunub

InvestAZ