XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Heyətinə ən çox sərmayə yatıran futbol klubları
İdman 15:37 / 13.09.2023

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) hazırkı heyətlərinə ən çox sərmayə yatıran klubların siyahısını dərc edib. İlk "100-lük”də 19 müxtəlif liqanın komandaları qərarlaşıblar.

Cəmi 4 klubun futbolçuları üçün xərclədiyi ümumi məbləğ 1 milyard avroya çatıb. Onlardan üçü İngiltərə Premyer Liqasının təmsilçiləridir. Siyahıya müvafiq olaraq "Mançester Yunayted”, "Çelsi” və "Mançester Siti” başçılıq edirlər.

İlk "100-lüy”ə Türkiyənin də üç klubu düşüb. "Fənərbağça” oyunçularının transferinə 114, "Qalatasaray” 84, "Beşiktaş” isə 54 milyon avro xərc çəkib.

İlk "10-luq”:

1. "Mançester Yunayted” (İngiltərə) – 1 milyard 150 milyon avro

2. "Çelsi” (İngiltərə) – 1 milyard 134 milyon

3. "Mançester Siti” (İngiltərə) – 1 milyard 42 milyon

4. PSJ (Fransa) – 1 milyard

5. "Arsenal” (İngiltərə) – 836 milyon

6. "Tottenhem” (İngiltərə) – 829 milyon

7. "Liverpul” (İngiltərə) – 770 milyon

8. "Real” (İspaniya) – 708 milyon

9. "Nyukasl” (İngiltərə) – 661 milyon

10. "Aston Villa” (İngiltərə) – 505 milyon


20842 oxunub

InvestAZ