XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Türkiyə komandası Avropa çempionu oldu
İdman 10:05 / 04.09.2023

Türkiyənin qadınlardan ibarət milli komandası voleybol üzrə Avropa çempionatının final oyununda Serbiya komandasını məğlub edərək ilk dəfə turnirin qalibi olub. Qarşılaşma Belçikanın paytaxtı Brüsseldə keçirilib. Oyun 3-2 (25:27, 25:21, 22:25, 25:22, 15:13) hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatıb. Bürünc medalları üçüncü yer uğrunda görüşdə italyanları məğlub edən Niderland yığması qazanıb - 3:0 (25:23, 28:26, 25:20). Serbiya və Türkiyə yığmaları Avropa çempionatının finalında ikinci dəfə üz-üzə gəlib. 2019-cu ildə serbiyalılar üstün olublar. Serbiya millisi üç dəfə Avropa çempionu olub.

Avropa çempionatı Belçika, Almaniya, İtaliya və Estoniyada keçirilib. Turnirdə 24 komanda iştirak edib.


21211 oxunub

InvestAZ