XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Rusiya və Belarus güləşçiləri dünya çempionatına buraxılacaqlar
İdman 09:16 / 04.09.2023

Rusiya və Belarusdan olan 209 güləşçi Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq dünya çempionatında iştirak edəcək. Bu barədə Dünya Güləş Birliyinin (UWW) rəsmi saytı məlumat yayıb.

UWW hər iki ölkədən ümumilikdə 235 idmançının müraciət etdiyini bildirib, lakin 26 nəfər silahlı qüvvələr və təhlükəsizlik orqanlarına üzvlük səbəbindən rədd cavabı alıblar.

Qeyd edək ki, Rusiya və Belarus güləşçiləri sentyabrın 16-dan 24-dək davam edəcək dünya çempionatında neytral idmançı kimi mübarizə aparacaqlar. Onlar qızıl medal qazansa, ölkələrin himnləri səsləndirilməyəcək.


21776 oxunub

InvestAZ