XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Mingəçevirdə “Kürü keçək?!" yarışı keçiriləcək
İdman 15:41 / 28.08.2023
Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə "Kürü keçək?!" açıq suda üzmə yarışı keçiriləcək. Layihə sentyabrın 2-də ikinci dəfə Mingəçevirdə, Kür sahilində reallaşacaq.
Kür çayının iki sahili arasında, 300 metr məsafədə təşkil ediləcək yarışda Azərbaycanın bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı hər kəs iştirak edə biləcək. Gənclər və İdman Nazirliyinin yerli regional qurumları yarış barədə yerlərdə məlumatlandırılıb. Sonda qaliblər medallar və diplomlarla təltif olunacaqlar.
Qeyd edək ki, 2022-ci ildə eyniadlı layihədə müxtəlif yaşlarda təxminən 300-ə yaxın peşəkar və həvəskar üzgüçü iştirak edib.

27426 oxunub

InvestAZ