XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa çempionatında uğur qazanan taekvondoçularımız Vətənə qayıdıblar
İdman 13:59 / 28.08.2023
Taekvondo üzrə Avropa çempionatlarında (Olimpiya çəki dərəcələri üzrə və gənclər arasında) iştirak edən milli komandanın üzvləri Vətənə qayıdıb.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıları onların ailə üzvləri, yaxınları, idman yoldaşları qarşılayıblar.
Xatırladaq ki, Azərbaycan taekvondoçusu Qaşım Maqomedov avqustun 26-da Avropa çempionu tituluna sahib olub. 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı Estoniyanın paytaxtı Tallində Olimpiya çəki dərəcələri üzrə keçirilən qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da yığmamızın Olimpiya çəki dərəcələri üzrə qitə çempionatında medallarının sayı 3-ə yüksəlib. Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə yarışda qüvvəsini sınayan Maqomedovdan öncə Cavad Ağayev (68 kq) və Həmidreza Badrialiabadi (+80 kq) gümüş medala yiyələniblər.
Estoniyada keçirilən gənclərin Avropa çempionatını isə komandamız 2 medalla başa vurub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıblar.
Ümumilikdə 3 gün davam edən iki Avropa çempionatını Azərbaycan taekvondoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar.




27814 oxunub

InvestAZ