XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yeniyetmə cüdoçudan uğurlu nəticə
İdman 20:40 / 16.08.2023

Ölkəmizdə cüdo idman növünün inkişaf dinamikası və coğrafiyası genişlənməkdə davam edir. Artıq paytaxtla yanaşı, bölgələrdə də cüdo klubları fəaliyyət göstərir, ölkə idmanının inkişafına sanballı töhfələr verir. Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi də ölkədə fəaliyyət göstərən cüdo klublarının və cüdoçuların inkişafı üçün öz dəstəyini göstərir, müxtəlif yaş qrupları üzrə birinciliklər təşkil edir.

Bu yaxınlarda Mingəçevir şəhərində cüdonun təbliği məqsədi ilə yeniyetmələr arasında "Qədiroğlu” İdman Klubunun birinciliyi keçirilib. Müxtəlif çəki dərəcələri üzrə keçirilən yarışda fərqlənənlər arasında 282 saylı tam orta məktəbin 8-ci sinif şagirdi, "Arifoğlu Judo Klub”un yetirməsi Mətanət Mehdizadə də yer alıb. 44 kq çəki dərəcəsində mübarizə aparan yeniyetmə idmançı bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.


24176 oxunub

InvestAZ