XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Konfrans Liqası: “Neftçi” növbəti mərhələdə
İdman 00:27 / 04.08.2023

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Neftçi”-"Jelezniçar” oyunu başa çatıb. Görüş Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun 20-ci dəqiqəsində hesabı Kenni Sayef açıb. Qarşılaşmanın 68-ci dəqiqəsində Eddi İsrafilov ikinci topu rəqib qapısında keçirib.

Bosniya və Herseqovinada təşkil olunan ilk oyun 2:2 hesablı heç-heçə ilə başa çatmışdı. İki oyunun nəticəsinə görə, "Neftçi” turnirin III təsnifat mərhələsinə yüksəlib. Komandamızın növbəti rəqibi "Beşiktaş” (Türkiyə) - "Tirana” (Albaniya) cütünün qalibi olacaq.


24023 oxunub

InvestAZ