XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



Azərbaycanın Əməkdar məşqçisi dünyasını dəyişib
İdman 09:20 / 02.08.2023

Uzun müddət Azərbaycanın müxtəlif yaş qrupları üzrə boks millilərinin baş məşqçisi vəzifəsində çalışmış Şamil Əlimzanov vəfat edib. SSRİ idman ustası, Azərbaycanın Əməkdar məşqçisi 77 yaşında dünyasını dəyişib.

Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi bu gün Suraxanıdakı Tatar qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Şamil Əlimzanov Ədalət Məmmədov, Fərhad Acalov, Emil Məhərrəmov, Zaur Teymurov və digər bir çox titullu boksçunun məşqçisi olub.


18392 oxunub

InvestAZ