XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İngiltərə klubu 12 il “Adidas”dan geyinəcək
İdman 11:43 / 01.08.2023

"Mançester Yunayted” "Adidas”la yeni, uzunmüddətli müqavilə imzalayıb. Almaniya şirkəti 2035-ci ilə qədər "Mançester Yunayted”in təchizatçısı olaraq qalacaq.Yeni müqaviləyə əsasən, klub "Adidas”dan ən azı 900 milyon funt-sterlinq alacaq. "Daily Mail” yazır ki, bu, Premyer Liqa tarixində rekord müqavilədir."Adidas”la əvvəlki müqaviləyə əsasən, klub ildə 75 milyon funt-sterlinq alıb. İndi bu məbləğ mövsüm başına 90 milyona yüksələcək.

Tərəflər əməkdaşlığa 2015/16 mövsümündən əvvəl başlayıb. Bundan əvvəl Amerikanın "Nike” şirkəti 13 il "qırmızı şeytanlar”a texniki sponsorluq edib.


32579 oxunub

InvestAZ