XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Həndbol millimiz Avropa çempionatına hazırlaşır
İdman 22:36 / 29.07.2023

On yeddi yaşadək qızlardan ibarət milli həndbol komandamız avqustun 5-dən 13-dək Bakıda keçiriləcək Avropa çempionatına hazırlıqlarını davam etdirir. Hazırlıq prosesi baş məşqçi Sergey Kambur və köməkçisi Sakinat Abbasovanın rəhbərliyi ilə aparılır.

Gündə bir dəfə olmaqla, hər gün "AHF Arena”da təşkil olunan məşqlər hazırda taktiki-texniki istiqamətdə aparılır.

Qeyd edək ki, millimiz "A" qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.

"B" qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaq.


28276 oxunub

InvestAZ