XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Amerikalı boksçu mütləq dünya çempionu oldu
İdman 10:07 / 30.07.2023

Amerikalı boksçu Terens Krouford 12 raunddan ibarət döyüşdə Errol Spensi məğlub edib. Las-Veqasda (ABŞ, Nevada ştatı) keçirilən qarşılaşma 9-cu raundda nokautla başa çatıb.

Terens Krouford 66,68 kq çəki dərəcəsində mütləq dünya çempionu olub. O, Ümumdünya Boks Təşkilatının (WBO) titulunu qoruyub və Ümumdünya Boks Şurası (WBC), Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Assosiasiyasının (WBA) Spensə məxsus titullarını alıb. Krouford 2018-ci ildən WBO kəmərinin sahibidir və onu yeddinci dəfə qoruyub.

Otuz beş yaşlı amerikalı peşəkar rinqdə indiyədək məğlub olmayıb - 40 qələbə (31 nokautla). O, qələbə seriyasını 11 döyüşə çatdırıb.


27121 oxunub

InvestAZ