XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qadın sablyaçılarımız Milanda komanda yarışında 5-ci yeri tutdu
İdman 18:13 / 30.07.2023

Qadın sablyaçılarımız İtaliyanın Milan şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında komanda yarışında 5-ci olub.

Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Palina Kaspiaroviçdan ibarət kollektiv yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Koreya Respublikası millisinə 43:45 hesabı ilə uduzub.

Komandamız 5-8-ci yerlər uğurunda keçirilən görüşlərdə Yunanıstan yığmasına (45:42) və Yaponiya seçmə kollektivinə (45:44) qalib gələrək 2024-cü ildə Parisdə keçiriləcək yay olimpiya oyunlarına ən yüksək reytinq xalları verən dünya çempionatında 5-ci olub.


27387 oxunub

InvestAZ