XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 10 medalla başa vurdu -FOTO YENİLƏNİB
İdman 19:29 / 29.07.2023

Bu gün Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalına yekun vurulub. EYOF-2023-ün sonuncu günündə cüdoçularımız qarışıq komanda yarışlarında güclərini sınayıblar. 22 ölkənin mübarizə apardığı komanda yarışlarında Azərbaycan 10 idmançı ilə təmsil olunub.

İlk mərhələdən azad olan komandamız 1/8 finalda Xorvatiya yığmasına qalib gəlib -4:2. Növbəti mərhələdə Ukraynadan güclü olan (4:3) komandamız yarımfinalda Gürcüstanı eyni hesabla məğlub edib -4:3. Finalda Türkiyə yığmasına uduzan (2:4) cüdoçularımız komanda hesabında festivalın gümüş medalını qazanıblar.

Beləliklə, Azərbaycan komandası XVII Avropa Gənclər Olimpiya Festivalını 3 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vurub.

Komandamıza bütün medalları cüdoçularımız qazandırıblar. Təmsilçilərimizdən fərdi yarışlarda Vüsalə Hacıyeva (-48 kq), Xədicə Qədəşova (-52 kq), Aslan Kotsoyev (-90 kq) qızıl, Süleyman Şükürov (-73 kq), Ramazan Əhmədov (+90 kq) gümüş, Nihad Məmişov (-50 kq), Ayxan Mirzəzadə (-55 kq), Məhəmməd Musayev (-60 kq) və Cəsur İbadlı (-66 kq) isə bürünc medal əldə edib. Cüdo üzrə qarışıq komandamız isə ikinci yeri tutmaqla ölkəmizə EYOF-2023-ün sonuncu medalını qazandırıb.

Festivalı 10 medalla başa vuran Azərbaycan komandası medal sıralamasında 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, festivalın bağlanış mərasimi bu gün Bakı vaxtı ilə saat 22:30-da Maribor şəhər meydanında təşkil olunacaq. Mərasimdə Azərbaycan komandasının bayraqdarları EYOF-2023-ün cüdo yarışlarının qalibi Vüsalə Hacıyeva (-48 kq) və üzgüçümüz Səid Həmidov olacaq.



45718 oxunub

InvestAZ