XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qitə birinciliyi iki medalla yadda qaldı
İdman 11:53 / 29.07.2023

Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinin döyüşləri keçirilib.

Finala gedən yolda millimizin iki üzvü rinqə çıxıb. Ardıcıl 3 döyüşünü qələbə ilə başa vuran Elbrus Kərimli (54 kq) yarımfinalda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gəlib. Rəqib qələbə qazandığından boksçumuz yarışı bürünc medalla başa vurub.

İlkanə Əhmədova (+80 kq) da Avropa birinciliyində üçüncü olub. Rumıniyalı Denisa Manu ilə döyüşdə təmsilçimiz məğlub olduğundan rəqib finala yüksəlib.

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyində final döyüşləri iyulun 30-da keçiriləcək.


25542 oxunub

InvestAZ