XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yığmamızın üzvü «Atletiko»nun qapısını silkələdi
İdman 13:18 / 28.07.2023

"Daejeon”un (Cənubi Koreya) formasının geyinən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk "Atletiko"ya qol vurub.

O, Cənubi Koreyanın K Liqasının ulduzlarından ibarət komandanın Madrid təmsilçisinə qarşı keçirdiyi yoxlama oyununda fərqlənib.

46-cı dəqiqədə meydana daxil olan 24 yaşlı müdafiəçi 50-ci dəqiqədə komandasının ilk qolunun müəllifi olub. Onun komandası 3:2 hesabı ilə qalib gəlib.

K Liqasının Ulduzları komandası - "Atletiko" - 3:2

Qollar: Lemar, 13 (0:1), Krivotsyuk, 50 (1:1), Dominqes, 85 (1:2), Paloçeviç, 89-pen (2:2), Lee, 90+4 (3:2)


27400 oxunub

InvestAZ