XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bir zədə və əlvida futbol!
İdman 12:31 / 28.07.2023

İspaniya millisinin və İngiltərənin "Mançester Siti" klubunun sabiq futbolçusu David Silva peşəkar karyerasını başa vurub.

Yeni mövsüm öncəsi İspaniya "Real Sosyedad"ı ilə təlim-məşq toplanışında dizindən ağır zədə alan yarımmüdafiəçi 37 yaşında futbolla vidalaşıb.

Bununla bağlı sosial şəbəkə hesabından paylaşım edən Silva həyatının ən ağır qərarlarından birini verdiyini bildirib: "Bu gün mənim üçün kədərli gündür. Həyatımı həsr etdiyim oyunla, mənim üçün ailə kimi olan həmkarlarımla vidalaşmağın vaxtıdır. Futbol üçün çox darıxacağam".

Qeyd edək ki, David Silva karyerası ərzində ölkəsinin "Valensiya", "Eybar" və "Selta" klublarında da çıxış edib.


23763 oxunub

InvestAZ