XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçumuz qitə birinciliyinin medalını təmin etdi
İdman 10:54 / 28.07.2023

Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində medalı təmin edib. 54 kq çəkidə mübarizə aparan idmançı yarışda ardıcıl üçüncü qələbəsini qazanaraq, buna nail olub. 1/4 finalda türkiyəli Mirboran Yıldırıma 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələn E.Kərimli yarımfinala yüksəlməklə, ən azı bürünc medalı təmin edib.Boksçu finala gedən yolda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gələcək.

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin yarımfinalında İlkanə Əhmədova (+80 kq) da mübarizə aparacaq. O, rumıniyalı Denisa Manu ilə döyüşəcək.


28024 oxunub

InvestAZ