XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Maribor-2023: şose velosipedçilərimiz çıxışlarını başa vurdular - FOTO
İdman 21:41 / 27.07.2023

Sloveniyanın Maribor şəhərində Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən şose velosipedi üzrə yarışlara yekun vurulub. Bu gün keçirilən qrup ötüşməsi üzrə yarışlarda Azərbaycan komandasının 5 üzvü mübarizə aparıb.

Qızların mübarizəsində Məryəm Əfqanzadə finişi 71-ci (01:28:29), Xədicə Nabatzadə isə 80-ci (01:32:43) keçib.

Oğlanların yarışında isə Ravi Rzayev 58-ci (01:36:05), Artyom Proskuryakov 79-cu (01:48:57), Turqut Qurbanlı isə 86-cı (01:53:59) yerlə kifayətlənib.



24695 oxunub

InvestAZ