XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İmişli RİH başçısı Avropa çempionatının bürünc mükafatçısı ilə görüşüb
İdman 19:34 / 27.07.2023
İyulun 24-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən sərbəst güləş üzrə U-20 Avropa birinciliyinin bürünc mükafatçısı İmişli şəhər sakini Sadiq Mustafazadə ilə görüşüb.
Rayon İcra Hakimiyyətinin başçısı görüş zamanı ölkəmizdə idmana göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İcra başçısı bürünc mükafata layiq görülmüş Sadiq Mustafazadəni qazandığı yüksək nailiyyət münasibətilə təbrik edib, ona gələcək yarışlarında uğurlar arzulayıb.
Sonra İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Sadiq Mustafazadəni fəxri fərman və qiymətli hədiyyə ilə təltif edib.
Xatırladaq ki, Sadiq Mustafazadə (79 kq) İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən sərbəst güləş üzrə U-20 Avropa birinciliyində 3-cü yer uğrunda görüşdə türkiyəli Bekir Talib Öveclə üz-üzə gəlib. Rəqibinə 10:0 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, İmişli Olimpiya İdman Kompleksində sərbəst güləşlə məşğul olan Sadiq Mustafazadə bir neçə dəfə respublika birinciliyinin qalib və mükafatçısı adını qazanıb.

25418 oxunub

InvestAZ