XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Sabah” reytinqində Azərbaycana xal qazandırdı
İdman 12:08 / 27.07.2023

"Sabah” ilk dəfə UEFA reytinqində Azərbaycana xal qazandırıb. Bakı klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Latviya təmsilçisi RFŞ-i səfərdə 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.

"Sabah”ın avrokuboklarda debüt matçındakı qalibiyyəti sayəsində ölkə reytinqinə 0,250 xal əlavə olunub.

Bununla ölkənin cari mövsümdəki xallarının sayı 0,750-yə çatıb.

"Qarabağ” isə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşada yerli "Rakuv”a uduzduğundan (2:3), xal qazandıra bilməyib.

Son beş mövsümdəki ümumi xallarının sayı 15,000-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb.

Bir addım irəlidə olan Sloveniya 16,000 reytinq xalına malikdir.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.



27547 oxunub

InvestAZ