XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yeniyetmələr arasında region birinciliyi keçirilib
İdman 10:34 / 27.07.2023

İyulun 26-da "Kür” Olimpiya Tədris-İdman Mərkəzində 15 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında Aran-Mil-Muğan bölgəsi üzrə region birinciliyi keçirilib.

Tədbirin açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Yarışın açılışında Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mingəçevir şəhər icra hakimiyyətinin nümayəndələri və digər rəsmi nümayəndələr iştirak ediblər.

Turnirdə Aran-Mil-Muğan regionunu təmsil edən 9 komandadan 131 cüdoçu 20 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.

Qaliblər diplom və medallarla təltif olunublar.


22383 oxunub

InvestAZ